Pentaqon rəhbərindən İsrailə xəbərdarlıq: “Məğlubiyyət riskləri var”

Dünya

03.12.2023 - 11:39

“İsrail humanitar dəhlizlər yaratmalı və mülki əhalinin təhlükəsizliyini təmin etməlidir”

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdəki münaqişənin gedişatını şərh edib. AYNA xəbər verir ki, Ostinin şərhi nazirliyin saytında dərc olunub.

Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumunda Ostin vurğulayıb ki, İsrail dünyanın ən sıx məskunlaşdığı ərazilərdən birində xətt tutmağı bacaran düşmənə qarşı şəhər müharibəsi aparır.

Buna görə də Pentaqon rəhbəri İsrail Müdafiə Qüvvələrinə Qəzza zolağında məğlubiyyət riskləri barədə xəbərdarlıq edib.

Onun fikrincə, İsrail humanitar dəhlizlər yaratmalı və mülki əhalinin təhlükəsizliyini təmin etməlidir.

“Bu cür döyüşlərdə ağırlıq mərkəzi mülki əhalidir. Əgər siz onu düşmənin qucağına atsanız, taktiki qələbəni strateji məğlubiyyətlə əvəz edəcəksiniz”, - Pentaqon rəhbəri vurğulayıb.

Əvvəllər ABŞ İsrailin Qəzza əhalisinin bölgəni tərk etməsi çağırışına qarşı çıxıb. Bunu ölkənin vitse-prezidenti Kamala Harris deyib. Onun fikrincə, problemi həll etməyin yeganə yolu tam hüquqlu Fələstin dövlətinin yaradılması və beynəlxalq dəstək şərti ilə Qəzza zolağının onun nəzarətinə verilməsidir.

Müəllif: Ayna.az