Pekində orta məktəblər və uşaq bağçaları açılır

Dünya

13.05.2020 - 21:57

cedabet Klinikalar SEO Xidməti

Valideynlər övladlarını dərsə göndərib-göndərməməyi ilə bağlı özləri qərar verəcəklər

 

Pekində koronavirus (COVID - 19) infeksiyasına görə bağlanan orta təhsil müəssisələrində və uşaq bağçalarında tədris iyun ayından başlayaraq tədricən başlayacaq. AYNA “Report”a istinadən xəbər verir ki, bunu Pekinin təhsil komitəsinin rəsmisi Li İ deyib.

 

Belə ki, iyunun 6-dan etibarən, epidemioloji vəziyyət nəzərə alınaraq, abituriyentlər istəsələr təhsillərini davam etdirə bilərlər.

 

İyunun 1-dən ibtidai və orta sinif şagirdlərinin bəziləri üçün, digərləri üçün isə 8 iyun tarixlərində dərslər başlayacaq.

 

Bundan əlavə, 8 iyun tarixindən etibarən uşaq bağçaları tədricən açılmağa başlayacaq. Valideynlər övladlarını dərsə göndərib-göndərməməyi ilə bağlı özləri qərar verəcəklər.

 

Xatırladaq ki, Çindəki qış tətilindən sonra tədrislər fevralın 16-da başlamalı idi. Lakin COVID-19 epidemiyası səbəbindən bütün təhsil müəssisələrində dərslər dayandırılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş