Çin gömrükçüləri Rusiyaya göndərilən bütün konteynerləri yoxlayır: idxalçılar şikayət edirlər
Çin iyulun 1-dən hərbi sənayedə və ikili təyinatlı mallarda istifadə oluna bilən geniş çeşiddə məhsullara ixrac nəzarəti tətbiq edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu qərarı mayın 30-da Çin Xalq Respublikasının Ticarət Nazirliyi verib.
Siyahıya aviasiya və astronavtika üçün avadanlıqlar, proqram təminatı, texnologiyalar, ehtiyat hissələri, komponentlər, mühərriklər, qaz turbinlərinin istehsalı üçün lazım olan hər şey, tökmə və metallurgiya sənayesi üçün bəzi avadanlıq və proqram təminatı, bu sənayelər üçün hər hansı dizayn və texnoloji sənədlər daxildir. İndi bu məhsulları ixrac etmək üçün Ticarət Nazirliyindən icazə (məsələn, aviasiya və astronavtika üçün) və ya ikili təyinatlı malların ixracı üçün lisenziya (məsələn, istilik istehsalı üçün avadanlıq və texnologiyalar üçün) lazımdır.
Bütün ixracatçılar üçün yeni tələblər tətbiq edilir, lakin onlar artıq sənaye avadanlıqları və maşınların Rusiyaya çatdırılmasını çətinləşdiriblər. Rusiya idxalçıları bundan şikayətlənirlər. Bəziləri bu səbəbdən artıq problemlərlə üzləşiblər.
“Rusiyaya demək olar ki, bütün çatdırılmalara təsir edəcək ilk məsələ gecikmədir. İndi daha çox yük gömrükçülər tərəfindən yoxlanılacaq”, - sənaye avadanlıqlarının idxalçısından biri deyib. Onun sözlərinə görə, əvvəllər 50 konteynerdən bir konteyner yoxlanılırdısa, bu həftə tamamilə bütün konteynerlər yoxlanılıb. Baxmayaraq ki, onların içərisində nəzarət siyahısında olmayan mallar olub.
“Daha çox yoxlamalar gömrük işçilərinə daha çox sənəd və yük, daha uzun rəsmiləşdirmə deməkdir”, başqa bir idxalçı söyləyib.
Onların sözlərinə görə, bütün gecikmələr və əlavə xərclər yüklərin çatdırılması və onların qiymətlərini artıracaq.
Bəzi xarici ticarət şirkətləri ümid edirlər ki, Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinlə ŞƏT sammitində görüşü bu təchizat problemini həll edəcək. Lakin logistika şirkətinin meneceri xatırladır ki, onların əvvəlki görüşünün (Putin mayın ortalarında Pekinə səfəri olub) Çin mallarının ödənişi ilə bağlı problemlərin həllinə kömək edəcəyinə ümidlər doğrulmayıb: problem müzakirə olundu, lakin həmin görüşdən sonra iş xeyli çətinləşib.