“Avropa tərəfini səhv hərəkətlərini düzəltməyə çağırırıq"
Çin Avropa İttifaqının (Aİ) Çin texnologiya şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsini pisləyir. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian brifinqdə deyib.
Diplomat qeyd edib ki, "Çin tərəfi Avropa tərəfinin Çin qurumlarına qarşı qanunsuz birtərəfli sanksiyalarına qəti şəkildə qarşı çıxır və Avropa tərəfini səhv hərəkətlərini düzəltməyə çağırır".
Sözçü Aİ-ni bu məsələdə məsuliyyətli və konstruktiv mövqe tutmağa çağırıb. O Brüsselin kiberməkanda sülhü və sabitliyi qorumaq üçün Çinlə əməkdaşlıq etməli olduğunu vurğulayıb.