Paşinyanın silahdaşlarına hədə mesajı: “Hələ partlamamısan?”

Dünya

28.02.2024 - 11:51

cedabet dərman SEO Xidməti

Təhdidlərdən ibarət mesajlar Qurqen Arsenyan və Romanos Petrosyana göndərilib

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarlarına hədə mesajları gəlib. AYNA “Hraparak”a istinadən qeyd edir ki, mesajlar hakim “Mülki müqavilə” Partiyasının ofisinin və eyni partiyadan olan deputatlardan birinin evinin yaxınlığında partlayıcı maddə aşkarlanmamışdan əvvəl gəlib.

Qeyd edək ki, fevralın 26-da Ermənistan İstintaq Komitəsi Qulbenkyan 30/3 ünvanında yerləşən “Mülki müqavilə” Partiyasının filiallarından birində partlayıcı qurğuya oxşar əşya aşkar edildiyini və cinayət işi açıldığını bildirib.

Bu, Qurqen Arsenyanın ofisinin yaxınlığında partlayıcı qurğunun tapılmasından sonra baş verib.

Arsenyan təsdiqləyib ki, o və Romanos Petrosyan (Dövlət Nəzarəti Xidmətinin rəhbəri) aşağıdakı məzmunda SMS alıblar: "Hələ partlamamısan?".

Arsenyan mesajı silib, Petrosyan isə Milli Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb.

Bundan başqa, məlum olub ki, iki həftə əvvəl “Mülki müqavilə” Partiyasından olan deputat Qaqik Melkonyanın evinin yaxınlığında partlayış baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş