“Məhkəmələrdə anlaşılmaz gecikmələr insanların təhlükəsizlik hissini artırır, yoxsa əksinə?”
“Bizim məhkəmə sistemində dərin problemlər var. Bəzən elə olur ki, hüquqi proseslər əbədi davam edə bilər və bu, şişirtmə deyil”. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
“Məhkəmə hüquqlarından sui-istifadə kimi qiymətləndirən hüquqşünaslar var. Gecikmələr əsasən təqsirləndirilən şəxslərin təşəbbüsü ilə baş verdiyindən, digər bir qrup hüquqşünaslar hesab edir ki, bu, insan haqları ilə bağlı məsələdir və burada məhdudiyyətlərin yaradılması insan hüquqlarının müdafiəsinə mənfi təsir göstərəcək. Digər tərəfdən, sual yaranır: zərərçəkmişlər öz maraqlarını və hüquqlarını qorumalı deyilmi? Bir çox hallarda həqiqəti bilməyə haqqı olan ictimaiyyət insanlardan ibarət deyilmi? Məhkəmələrdə anlaşılmaz gecikmələr insanların təhlükəsizlik hissini artırır, yoxsa əksinə? Düşünürəm ki, bu, əksinədir”, - Paşinyan qeyd edib.