Ermənistanın Baş naziri Gürcüstana işgüzar səfər edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti xəbər yayıb.
Qeyd olunub ki, iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti, 13-cü iclasının Tiflisdə keçirilməsi planlaşdırılır. İclasa Baş nazirlər - Nikol Paşinyan və İrakli Qaribaşvili sədrlik edəcək. Bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Hər iki ölkənin hökumət başçıları arasında da danışıqlar aparılacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvarında İrəvanda iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının 12-ci iclası keçirilib.