“Ermənistanı tarixi Ermənistanın bir hissəsi etməyin, çünki bu, real dövlətdir"
Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda erməni icmasının nümayəndələri ilə görüşdə erməni xalqının tarixindən çıxarılan dərslərə toxunub.
AYNA.AZ “Armenpress”ə istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, “erməni xalqının tarixi bizə onu təkrarlamamağı öyrədir”.
"Bu virtual dialoqda tarixi Ermənistan mənə deyir: mənim yolumla getməyin, Ermənistan Respublikasını tarixi Ermənistanın bir hissəsi etməyin, çünki bu, real dövlətdir", - deyə Baş nazir bildirib.