Baş nazir: “Matəm günü güc tətbiq olunmayacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinə səfərini yarımçıq qoyaraq İrəvana qayıdıb. AYNA erməni mediasına istinadən bildirir ki, yerli sakinlər Gorus şəhərində yolu kəsiblər.
Paşinyan “Facebook” səhifəsində yazıb ki, matəm günü güc tətbiq olunmayacaq və o, İrəvana qayıdır.
Qeyd edək ki, bu gün səhər Sünik vilayətinin sakinləri Paşinyanın kortejinə mane olmaq üçün Ermənistanı İranla birləşdirən beynəlxalq avtomobil yolunu bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, Gorus meri Aruş Aruşanyan azadlığa buraxılmayana qədər yolu açmayacaqlar.