Ermənistan Baş naziri Sankt-Peterburqa gedib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. AYNA bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.