Paşinyan: “Polad mandata uyğun olaraq sərt davranacağıq”

Dünya

22.09.2023 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

“Məqsəd asayiş keşikçilərinin təmkinini pozmağa məcbur etmək və küçələrdə qan tökməkdir”

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı çıxış edib.

AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan canlı efirdə deyib ki, “bəziləri tərəfindən zorakılıq tətbiq etməkdə məqsəd asayiş keşikçilərinin təmkinini pozmağa məcbur etmək və küçələrdə qan tökməkdir”.

“Sərt, lakin qanun çərçivəsində, polad mandata uyğun hərəkət edəcəyik”, - deyə Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, İrəvandakı kütləvi iğtişaşların təşkilatçılarından biri Ermənistanın keçmiş rəhbərlərindən birinin oğlu, qalanları Qarabağın separatçı dairələri ilə əlaqəsi olan tələbələrdir.

Müəllif: Ayna.az