Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmasının təfərrüatlarını açıqlayıb

Dünya

26.03.2024 - 13:52

“Ermənistan KTMT-nin işində iştirak etmir, lakin qərarların qəbuluna da mane olmur”

“Ermənistan Kollektiv Təhlükəsizlik mMüqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub. Amma İrəvan təşkilatın qərarlarına mane olmur, eyni zamanda, qərarların qəbulunda iştirak etmir”. AYNA xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində İrəvanın KTMT-dəki iştirakın dondurulmasının təfərrüatlarından danışarkən deyib.

“2023-cü ilin sentyabrından sonra bizim KTMT-də daimi nümayəndəmiz yoxdur və biz KTMT ilə bağlı ən yüksək səviyyədə danışıqlarda iştirak etmirik. Bununla belə, biz qərarların qəbuluna mane olmuruq, sadəcə qərarların qəbulunda iştirak etmirik”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, KTMT 2021-2022-ci illər ərzində Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və bu, təşkilatda iştirakın dondurulmasına gətirib çıxarıb.

Müəllif: Ayna.az