Paşinyan: “Azərbaycanın ərazi bütövlüyünü tanıdıq, çünki müttəfiqlərimiz susdu”

Aktual

14.09.2023 - 09:33

Həkimlər Klinikalar SEO Xidməti

“Bunun yanlış qərar olduğunu deyənlər belə demək istəyirlər ki, Ermənistan suveren dövlət olmamalıdır”

“Ermənistan ərazi bütövlüyünü qorumaq niyyəti ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaq qərarına gəldi. Çünki Ermənistanın müttəfiqləri susdular”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Parlamentində “hökumət saatı”nda deyib.

Paşinyan Alma-Ata Bəyannaməsinə istinad edərək bildirib ki, bu, Ermənistanın müstəqilliyinin beynəlxalq sertifikatıdır.

“Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması barədə razılıq əldə olunub. Rusiya Federasiyası 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə səs verdi. Əgər lehinə səs verməsəydi, bu qətnamələr qəbul oluna bilməzdi”, Paşinyan vurğulayıb.

“Lissabondakı zirvə görüşündə Dağlıq Qarabağ məsələsinin öz müqəddəratını təyinetmə hüququnun tətbiqi yolu ilə həll edilməli və Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət almalıdır, əks halda Ermənistanın veto hüququndan istifadə etməsi məsələsi var idi. Rusiya Federasiyası da Lissabon sammitinin sədrinə belə bir bəyanatla çıxış etmək səlahiyyəti vermişdi. 2020-ci ilin noyabr və dekabr aylarında isə Rusiya Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan etdi”, - Baş nazir əlavə edib.

Paşinyan qeyd edib ki, rəsmi Moskva Bakı ilə Müttəfiqlik Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: “Rusiya Federasiyasının mövqeyinə görə, Dağlıq Qarabağın statusu qeyri-müəyyən müddətə təxirə salınmalı idi”.

Baş nazir xatırladıb ki, Rusiya nümayəndəsi İqor Xovayev 2022-ci ilin sentyabrında cavab almaq üçün bölgəyə gəlib, əvvəlcə Azərbaycanda olub, sentyabrın 13-də isə İrəvanda. Paşinyan iddia edib ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri “Ermənistanın suveren ərazisinə genişmiqyaslı hücum” təşkil edib: “KTMT və Rusiya Ermənistan tərəfindən qanun və sazişlə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yazılı və şifahi sorğulara cavab vermədi. Ermənistan Rusiyanın öz nümayəndəsinin təqdim etdiyi təklifə müsbət cavab vermişdi. Bundan sonra - oktyabrın 6-da Ermənistan və Azərbaycanın Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəlindi. Ermənistan bu qərarı öz ərazi bütövlüyünü qorumaq üçün verib. Ermənistanın müttəfiqləri susurdusa, Ermənistan oktyabrın 6-da razılığa gəlməli idi. Bunun yanlış qərar olduğunu deyənlər belə demək istəyirlər ki, Ermənistan suveren dövlət olmamalıdır”.

Müəllif: Ayna.az