“Dağlıq Qarabağ münaqişəsi birmənalı şəkildə keçmişdə qaldı”
“Dağlıq Qarabağdakı münaqişə ilə bağlı artıq yalnız keçmiş zamanda danışıla bilər. Vladimir Vladimiroviç Putinin “Dağlıq Qarabağ münaqişəsi barədə keçmiş zamanda danışmalıyıq” fikri ilə tamamilə razıyam. Bu, artıq tarixdir”.
AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının sammitində deyib.
Prezident bildirib ki, Qarabağ problemini Azərbaycan həll edib: “Ermənistandakı revanşist qüvvələr var ki, Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdləri göstərirlər. Hesab edirəm ki, dövlət başçısı Vladimir Putinin Qarabağla bağlı açıqlaması üçtərəfli razılaşmanın həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr üçün mühüm siqnaldır”.