Ordumuzun apardığı gərgin döyüşlər davam edir - <font color=red> RƏSMİ</font>

Aktual

30.09.2020 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi düşmənin məhv edilən texnikalarının videogörüntülərini paylaşıb

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin səhər saatlarında məhv edilən hərbi texnikalarının videogörüntülərini paylaşıb.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

 

Xatırladaq ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tank əleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocalı rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş