“Toylara icazə verilməməsinin səbəbi...” - <font color=red> Prezidentin köməkçisi</font>

Aktual

15.08.2020 - 12:24

Hikmət Hacıyev: “Mədəniyyət xadimlərinin emosional çıxışlarını da başa düşürük”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev toy mərasimlərinin bərpası məsələsindən danışıb. AYNA-nın xəbərinə görə, H.Hacıyev deyib ki, toylar əmək bazarına müsbət təsir edən tendensiyadır: “Həmçinin bu sahə kifayət qədər vergi tutumlu sahədir ki, dövlətin büdcəsinə də müsbət təsir göstərir”.

 

“Əmək tutumluluğuna görə toyların keçirilməsi çox yaxşı olar. Amma digər tərəfdən ölkədə epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hətta bəzilərinin emosional çıxışının da şahidi oluruq. Amma burda məsuliyyətli dövlət anlayışı da var. Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir. İqtisadi gəlirlilik, dövlət büdcəsinə daxilolmalar kimi məsələlər kənara qoyulub. Mədəniyyət xadimlərinin emosional çıxışlarını da başa düşürük. Toyların hansı məqamda keçiriləcəyi ilə bağlı indi hansısa fikir söyləmək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur”, - deyə Prezidentin köməkçisi bildirib.

Müəllif: Ayna.az