Pakistanda sərnişin təyyarəsi evlərin üstünə düşdü - <font color=red> FOTOLAR</font>

Dünya

22.05.2020 - 15:34

cedabet Klinikalar SEO Xidməti

Qəzaya uğrayan təyyarədə təxminən 99 sərnişin və 8 heyət üzvü olub

 

Pakistan Beynəlxalq Hava Yollarına məxsus təyyarə Lahordan istiqamət götürüb və Karaçi şəhərində qəzaya uğrayıb. AYNA xarici mediaya əsasən xəbər verir ki, təxminən 99 sərnişin və 8 nəfərlik heyətin olduğu bildirilən təyyarə, Pakistanın ən işlək hava limanlarından biri olan Cinnah Beynəlxalq Hava Limanına uçub.

 

Sosial mediada paylaşılan şəkillər Karaçidəki yaşayış sahəsi olan qəza yerindən tüstü çıxdığını göstərir. Bildirilir ki, təyyarə evlərin üstünə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə, həmçinin yaşayış yerində düşən və zərbə alan evlərə gəliblər.

 

"Təyyarə Kəraçi şəhərində qəzaya uğrayıb. Sərnişinlərin sayını təsdiqləməyə çalışırıq,  99 sərnişin və 8 heyət üzvü olmalıdır", - deyə Pakistanın Aviasiya İdarəsinin sözçüsü Əbdül Səttar Xoxar bildirib. Hələlik ölənlər barədə məlumat verilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş