Pakistanda dəhşətli yol qəzası olub

Dünya

25.05.2026 - 14:02

Hadisə nəticəsində 11 nəfər ölüb, 7 nəfər yaralanıb

Pakistanın Xayber Paxtunxva əyalətində mikroavtobusun park edilmiş sərnişin avtobusuna çırpılması nəticəsində 11 nəfər həlak olub, 7 nəfər yaralanıb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, avtobus Karaçidən Bunerə, mikroavtobus isə Ravalpindidən Dir şəhərinə gedirmiş.

İlkin məlumata görə, qəza sürücünün səhlənkarlığı nəticəsində baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş