Özbəkistan vətəndaşı Azərbaycana gizlicə qızıl-zinət əşyaları keçirmək istəyib

Hadisə

25.09.2019 - 13:51

Onun üzərində 3 ədəd üzük, 1 ədəd sırğa, 2 cüt üzük-sırğa dəsti aşkar olunub

 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac piyada gömrük nəzarəti xəttinə daxil olan Özbəkistan Respublikası vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, əl yüklərinə gömrük baxışı zamanı əl çantası və çamadanın içərisində gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi təqribi çəkisi 95 qram olan qızıl-zinət əşyaları - 5 ədəd sırğa, 2 ədəd klon, 1 ədəd qolbaq, 1 ədəd qol saatı, 1 ədəd boyunbağı, 2 ədəd üzərində "Maktain 222046" və "Maktain 222043" yazıları əks olunan qol saatları aşkarlanıb.

 

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi təqribi çəkisi 57 qram olan qızıl-zinət əşyaları - 3 ədəd üzük, 1 ədəd sırğa, 2 cüt üzük-sırğa dəsti aşkar olunub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az