Sürücü avtomobili saxlayaraq, rahat şəkildə maşından düşür və qızı qucağına alaraq avtomobilə qoyur, daha sonra yoluna davam edir
Bakıda aeroport yolunda dəhşətli hadisə baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin ön oturacağında əyləşən xanım sərnişin qapını açaraq özünü yola atıb.
Sürücü isə avtomobili saxlayaraq, rahat şəkildə maşından düşür və qızı qucağına alaraq avtomobilə qoyur, daha sonra yoluna davam edir.
AYNA avtosfer.az-a istinadən həmin görüntüləri təqdim edir: