Özbəkistan-Qırğızıstan sərhədində insident

Dünya

06.05.2022 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Özbəkistan sərhədçiləri üç vətəndaşını güllələyib

Özbəkistan Sərhəd Xidmətinin əməkdaşları sərhəddə üç Qırğızıstan vətəndaşını güllələyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Cəlalabad vilayətinin Ala-Buka rayonu istiqamətində Qırğızıstan-Özbəkistan dövlət sərhədində Özbəkistan Respublikasının sərhədçiləri üç Qırğızıstan vətəndaşına qarşı odlu silahdan istifadə edib. 

"Yaralılar Ala-Buka rayonundakı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb", - məlumatda vurğulanıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş