Özbəkistan Prezidenti Azərbaycana gəlib

Xəbərlər

06.10.2025 - 18:07

Şavkat Mirziyoyevi hava limanında rəsmi şəxslər qarşılayıblar

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

AYNA.AZ xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş