Ağsuda yenidən yanğın başlayıb

Hadisə

27.08.2019 - 04:31

Yanğınsöndürənlər cəlb edilib

 

Ağsu rayonu ərazisində yenidən yanğın başlayıb. AYNA "Report"-a istinadən xəbər verir ki, yanğın rayonun Girdə kəndinin dağlıq ərazisində qeydə alınıb.

 

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

Qeyd edək ki, avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülmüşdü.

Müəllif: Ayna.az