Özbəkistan hökuməti istefa verdi

Dünya

20.01.2020 - 20:19

Həkimlər Klinikalar SEO Xidməti

Hökumət yeni bir kabinet formalaşana qədər işini davam etdirəcək

 

Özbəkistan hökuməti istefaya gedib.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda Nazirlər Kabinetinin üzvlərinin Özbəkistan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa verdikləri qeyd olunub.

 

Eyni zamanda, hökumət Özbəkistan prezidentinin qərarına uyğun olaraq, yeni bir kabinet formalaşana qədər işini davam etdirəcək.

 

Yeni baş nazirin namizədliyinə yanvarın 21-də keçiriləcək parlamentin hər iki palatasının birgə iclasında baxılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş