Ötən sutka 43 yanğına çıxış olub

Xəbərlər

13.08.2024 - 13:21

cedabet dərman SEO Xidməti

1 azyaşlı xilas edilib, 3 nəfərin meyiti təhvil verilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN tərəfindən ötən sutka ərzində 1 azyaşlı xilas edilib, 3 nəfərin meyiti təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş