Bakıda 15 avqust - Hindistanın Müstəqillik günü münasibətilə tədbir təşkil olunub. AYNA APA-ya istinadən xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə şimal-şərqi Hindistan ərazisində olan Assam vilayətinə məxsus Bihu Xalq Rəqsləri nümayiş edilib.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Banlalvavna Bavitlunq Hindistan və Azərbaycan arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladıb.
O bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən də mədəni və humanitar sahələrdə əlaqələr daha da inkişaf etməkdədir və belə mədəni tədbirlər bunun bariz göstəricisidir.