Ötən il Britaniyada isti hava səbəbindən ölüm halı rekord həddə çatıb

Dünya

22.09.2023 - 22:05

Həkimlər Klinikalar SEO Xidməti

İstidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb

Ötən il Britaniyada isti hava səbəbindən 4 min 507 nəfər ölüb. Bu barədə AYNA Böyük Britaniyanın Milli Statistika İdarəsinə (ONS) istinadən xəbər verir.

Belə ki, Britaniyada 1988-2022-ci illərdə temperaturla bağlı ölüm və xəstəxanaya yerləşdirmə riskinin təhlili dərc edilib.

Təhlillərə görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb: “Ölkədə termometrlərin 40 dərəcəni keçdiyini göstərən 2022-ci ilin ən isti günlərində istilərdən 4 min 507 nəfər ölüb”.

Məlumatda qeyd olunub ki, ən yüksək ölüm riski Londondadır və bu göstərici rekord həddir.

Müəllif: Ayna.az