Ötən gün 7 toy şənliyinin monitorinqi aparılıb

Xəbərlər

20.08.2021 - 12:35

COVID-19 pasportu olmadığına görə 10 nəfər toy şənliklərinə buraxılmayıb

 

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 19-da Bakı şəhərində və respublikanın digər ərazilərində 7 toy şənliyinin monitorinqini aparıblar.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, monitorinqlər zamanı COVID-19 pasportu olmadığına görə 10 nəfər toy şənliklərinə buraxılmayıb.

Müəllif: Ayna.az