27,2 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq həşiş və 1,3 kiloqramdan çox tiryək olub
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 29-da ümumi çəkisi 32,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,2 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq həşiş və 1,3 kiloqramdan çox tiryək olub.
Məlumatda bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi vurğulanıb.