Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

31.08.2021 - 12:21

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyi (DİN) avqustun 30-da qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Müəllif: Ayna.az