Ötən gün 179 toy şənliyinin monitorinqi aparılıb

Xəbərlər

23.11.2021 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 pasportu olmadığına görə 143 nəfər toy şənliklərinə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 22-də Bakıda və respublikanın digər ərazilərində 179 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, monitorinqlər 171 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 143 nəfər toy şənliklərinə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş