Məscidin imamı namaz üstündə adam bıçaqladı

Hadisə

31.07.2019 - 09:09

Həkimlər Klinikalar SEO Xidməti

İmam saxlanılıb

 

Türkiyənin Sakarya vilayətinin Akyazı rayonunda məscidlərdən birinin imamı namaz qılmaq üstündə vətəndaşı bıçaqlayıb. AYNA virtualaz.org-a istinadən bildirir ki, tərəflər arasında mübahisə yaranıb. Vətəndaşlar onları çətinliklə sakitləşdirsələr də, davanın qarşısını almaq mümkün olmayıb.

 

Belə ki, vətəndaşlardan biri atasının cənazə namazını qılmadığı üçün imamı təqhir edib və ona hücum çəkib. Bu zaman məscidin imamı üzərində gəzdirdiyi bıçaqla ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. İmam isə saxlanılıb.

Müəllif: Ayna.az