Prezident Vladimir Putin sərəncam imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Maksim Oreşkini Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edib. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“Dövlət başçısı müvafiq sərəncamla Maksim Stanislavoviç Oreşkini Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edib”, - məlumatda vurğulanıb.