Ordumuzun parad heyəti Moskvaya gedib

Xəbərlər

14.06.2020 - 14:27

cedabet dərman SEO Xidməti

Paradda hərbçilərimizin təntənəli keçidi olacaq

 

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti Rusiyaya yola düşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər. Hərbi paradda hərbçilərimizin ölkəmizdə istehsal edilmiş silahlarla təntənəli keçidi olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş