Prezident icra başçısını vəzifədən uzaqlaşdırdı

Xəbərlər

30.09.2019 - 15:41

Ölkə rəhbərinin digər sərəncamı ilə Vahid Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

 

Prezident İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ölkə rəhbərinin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Müəllif: Ayna.az