Orban: “Rusiyaya zərbə NATO-nu Ukrayna münaqişəsinə cəlb etmək riski daşıyır”

Dünya

04.06.2024 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

“Ya münaqişəni təcrid edib diplomatik yol tapılmalıdır, ya da müharibə daha da dərinləşməlidir”

“Bir sıra Qərb ölkələrinin Kiyevin öz silahlarından istifadə etməklə Rusiya ərazisinə mümkün hücumlarına icazə verməsi NATO-nun Ukraynadakı münaqişəyə cəlb olunması ilə bağlıdır”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban İtaliyanın “Giornale” nəşrinə müsahibəsində deyib.

Siyasətçi xəbərdarlıq edib: “Əgər biz Ukraynanın Rusiyaya İtaliyanın da verdiyi silahlarla zərbə endirməsinə icazə versək, bu, Rusiyanın sərt reaksiyası şəklində nəticələrə səbəb olacaq və NATO-nun müdaxiləsi riski bir addımlıqda olacaq”.

Baş nazir həmçinin vurğulayıb ki, necə davranmaq sualını vermək lazımdır: “Ya münaqişəni təcrid edib diplomatik yol tapılmalıdır, ya da müharibə daha da dərinləşməlidir”.

Daha əvvəl Orban bildirib ki, Ukraynanın sülh danışıqlarından və münaqişəyə son qoymaqdan imtina etməsi “ölkə üçün ölüm” deməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş