Baş nazir: “Partiyamın Avropa mövqeləri üçün heç bir ambisiyası yoxdur”
Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının rəhbəri postuna namizədlikdən imtina edərək, Avropa hakimiyyət orqanlarında işləməkdə maraqlı olmadığını bildirib. AYNA xəbər verir ki, Macarıstanın Baş nazirinin sözlərini “RİA Novosti” yayıb.
“Partiyamın Avropa mövqeləri üçün heç bir ambisiyası yoxdur. Biz milli siyasətçilərik və inanırıq ki, bizim çağırışımız, işimiz və gələcək işlərimiz Macarıstandadır”, - deyə Orban vurğulayıb.
Baş nazir bildirib ki, onun planlarına Macarıstanı, Macarıstan hökumətini Avropada hər hansı bir vəzifə ilə əvəz etmək daxil deyil.
Qeyd edək ki, Amerikanın “Politico” jurnalı yazıb ki, Orban hazırki rəhbər Şarl Mişel getdikdən sonra Avropa İttifaqı Şurasına rəhbərlik edə bilər.