Ölkəmizə koronavirus daha çox Rusiyadan “idxal olunur”

Cəmiyyət

13.05.2020 - 19:21

Həkimlər Klinikalar SEO Xidməti

Prezident Administrasiyasının rəsmisi: “Hazırda Rusiyadakı vəziyyətlə əlaqədar oradan gələn azərbaycanlılar arasında yoluxma riski daha böyükdür”

 

"Son vaxtlar Azərbaycana Rusiyadan gələn soydaşlarımızın 18-20 faizində COVID-19 aşkarlanıb. Təkcə aprelin sonu-mayın əvvəlində gələn 540 nəfərdən 8-10 nəfərində test müsbət çıxıb”.

 

AYNA xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib. Bildirib ki, ilk vaxtlar ölkəyə cənubdan gələnlərdə virus aşkarlanırdısa, daha sonra Avropadan gələnlər arasında COVID-19 aşkarlanmağa başlayıb.

 

“Hazırda Rusiyadakı vəziyyətlə əlaqədar oradan gələn azərbaycanlılar arasında yoluxma riski daha böyükdür”, - Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş