Oqtay Gülalıyev komadan ayıla bilər

Cəmiyyət

19.12.2019 - 18:04

Həkimlər Klinikalar SEO Xidməti

Təbriz Gülalıyev: “Həkimin dediyinə görə, atamın komadan ayılma ehtimalı çoxdur”

 

Türkiyədə komada olan və müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı günbəgün xoş xəbərlər gəlir. AYNA xəbər verir ki, bu gün hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev yeni məlumat paylaşıb.

 

“Bu gün atamın EEG müayinəsi üçün Bülent Kahyaoğlu adlı həkim gəlib. Onun rəyinə görə, atamın komadan ayılma ehtimalı çoxdur. Amma təəssüflə bildirib ki, baş nahiyyəsində zərbə ağır olduğuna görə və az da olsa "ödəm" (su yığılması – red.) qaldığı üçün zamana ehtiyacımız var. Çəkilən son fotosundan da göründüyü kimi atam sağ gözünü az da olsa, açmaq istəyib”, - T.Gülalıyev bildirib.

Ayna.az