Millət vəkili: “Məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə etsinlər”

Cəmiyyət

18.09.2019 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

Fazil Mustafa: “Hökumət bunun kompensasiya yolunu tapa bilər”

 

“Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. “BakıBus” avtobusunun sürücüsü ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib”.

 

AYNA xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa paylaşıb. “Doğrudur, hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığı görə məktəbə gedə bilməyib”, - deyə o yazıb.

Ayna.az