Prezidentin köməkçisi Operativ Qərərgahın birifinqində çıxış edib
Növbəti mərhələlərdə yumşalmalara gedəcəyik, ancaq bu yumşalmalar tədricən olacaq.
AYNA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.
Ş.Mövsümov bildirib ki, sərt karantin rejimi avqustun 5-nə qədər uzadılıb: “Digər yumşalmalar avqustun 5-dən sonra ola bilər. Bütün sahələrin açılmasına tədricən gedəcəyik, ancaq biz elə etməliyik ki, yenidən sərt karantin rejiminə getməyək”.