Dünyada virusa yoluxma halı 200 mini keçib
Covid-19 səbəbindən dünya ölkələri ərazisini təcrid etmək planına keçib. Artıq bir çox ölkələr sərhədlərini tam bağlayıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Avstraliya və Yeni Zelandiya da sərhədlərini bağlamaq qərarına gəlib.
Qeyd edək ki, son məlumata görə, Çin artıq yeni yoluxma hallarının getdikcə 0-a düşdüyünü bəyan edib. Avropa Mərkəzi Bankı koronavirisla mübarizə üçün 750 milyard avro dəyərində təcili pul ayırıb. ABŞ Prezidenti Donald Tramp test sınaqlarının alınması və pulsuz müayinə üçün 100 milyard dollarlıq layihəyənin həyata keçməsinə razılıq verib.
Dünyada virusa yoluxma halı 200 mini keçib, ölüm halı isə 9 minə yaxınlaşır.