Ermənistanın Baş naziri Hindistan Müdafiə Qərargah rəisi ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan və Hindistan Müdafiə Qərargah rəisi Anil Çauhan müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən bildirilib.
Paşinyan Çauhanın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcəyini gözlədiyini deyib. O iki ölkə arasında “əsrlər boyu davam edən isti münasibətləri” vurğulayaraq, müxtəlif sahələrdə “mövcud olan aktiv dialoqu” qeyd edib.
Hindistan Müdafiə Qərargah rəisi gələcək əməkdaşlığı stimullaşdırmaq üçün erməni həmkarları ilə effektiv müzakirələr apardığını bildirib.
Ermənistan mediasının məlumatına görə, Çauhan bundan əvvəl Ermənistanın müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüşüb.