Nikki Heyli Trampa səs verəcək

Dünya

23.05.2024 - 16:15

“Tramp bir çox məsələlərdə mükəmməl deyil, amma Co Baydenin siyasəti fəlakətdir”

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş, lakin praymerizdə keçmiş Prezident Donald Trampa uduzan Nikki Heyli noyabrda keçiriləcək seçkilərdə Trampa səs verəcəyini açıqlayıb. AYNA xarici mediaya istinadənm bildirir ki, bu barədə Heyli Nyu-Yorkda seçicilər qarşısındakı çıxışında deyib.

Heyli Trampla hələ də ciddi siyasi fikir ayrılıqlarının olduğunu vurğulayıb və onun bir çox məsələlərdə “mükəmməl olmadığını” qeyd edib. Bununla belə, siyasətçi hazırkı Prezident Co Baydenin siyasətini “fəlakət” adlandırıb: “Buna görə də mən Trampa səs verəcəm”.

Qeyd edək ki, Cənubi Karolinanın keçmiş qubernatoru və Tramp administrasiyası yanında ABŞ-ın BMT-dəki nümayəndəsi olmuş Nikki Heyli əsas ştatlarda keçirilən praymerizləri uduzaraq mart ayında prezidentlik yarışından geri çəkildiyini elan edib.

Müəllif: Ayna.az