Yaraqlılar gecə saatlarında Kaduna əyalətində yerləşən Buda kəndinə hücum ediblər
Nigeriyanın şimalında azı 61 kənd sakini silahlılar tərəfindən oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Nigeriyanın "Premium Times" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, yaraqlılar gecə saatlarında Kaduna əyalətində yerləşən Buda kəndinə hücum ediblər. Onlar evləri gəzib, soyğunçuluqla məşğul olub, girov götürüb, naməlum istiqamətə aparıblar. Səlahiyyətlilər oğurlanmış şəxslərin axtarışına başlayıb.
Qeyd olunub ki, 2024-cü ildə Nigeriyada fidyə tələbi ilə qaçırılan insanların sayı artıb. Belə ki, martın 7-də Kaduna ştatında quldurlar 287 məktəbli və müəllimi əsir götürərək naməlum istiqamətə aparıblar. İki gün sonra quldurlar Sokoto ştatında 15 məktəblini qaçırıblar.