İsrailin Baş naziri Qəzza zolağında əməliyyatı təxirə salıb
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail komandanlığının təklif etdiyi planı imzalamaqdan imtina edərək Qəzza zolağında quru əməliyyatını təxirə salıb. AYNA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, Netanyahunun imtinası hərbi rəhbərliklə münaqişə, həmçinin Fələstinin HƏMAS radikal qruplaşmasının oktyabrın 7-də hücumundan sonra yaradılan ölkənin fövqəladə hökumət üzvlərinin yekdil razılığına nail olmaq istəyi ilə bağlı olub. Bundan əlavə, əməliyyat uğursuz olarsa, Netanyahunun xalqın etimadını itirmək qorxusu səbəb kimi göstərilir.
HƏMAS daha əvvəl Qəzzada quru əməliyyatı keçiriləcəyi təqdirdə İsrailə “görünməmiş məğlubiyyət” barədə xəbərdarlıq etmişdi.