Nərmin Quliyeva cinayəti barədə sensasiyalı səs yazısı

Cəmiyyət

05.02.2020 - 14:01

Həkimlər Klinikalar SEO Xidməti

Şəxs iddia edir ki, Nərmini İlkin Süleymanov yox, başqa bir həmkəndlisi qətlə yetirib

 

Yanvarın 6-da yandırılmış meyiti tapılan Tovuz rayonunun Dondar-Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı sensasiyalı səs yazısı yayılıb. “Youtube”da yayılan səs yazısında bir nəfər naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu deyir.

 

Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad və soyadını göstərmirik) öldürüb. Onun iddiasına görə, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır: “Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun “VAZ-2107” markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.

 

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlama verib. O bildirib: “Qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.

 

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş