Nepalda təyyarə qəzasında 68 nəfər ölüb

Dünya

15.01.2023 - 19:17

Həkimlər Klinikalar SEO Xidməti

Yerli hakimiyyət orqanları 29 cəsədin tapıldığını açıqlayıb

Nepalda Katmandu-Poxara reysi ilə uçan “ATR 72” tipli təyyarənin qəzaya uğraması nəticəsində 68 nəfər ölüb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nepal Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Yerli hakimiyyət orqanları 29 cəsədin tapıldığını açıqlayıb.

Təyyarənin qəzaya uğradığı Kaski rayon administrasiyasının nümayəndələri bir neçə nəfərin sağ qaldığını bildiriblər.

Qeyd edək ki, pilot yaşayış məntəqəsinə düşməmək üçün layneri dərəyə istiqamətləndirib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Təyyarədə 72 nəfər - 68 sərnişin və 4 heyət üzvü olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş