Nepalda avtobus qəzası: <font color=red> 14 nəfər ölüb</font>

Dünya

15.12.2019 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

12 sərnişin hadisə yerində, iki sərnişin isə xəstəxanada dünyasını dəyişib

 

Nepalın mərkəzində baş verən avtobus qəzasında azı 14 nəfər ölüb, 16 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

 

“12 sərnişin hadisə yerində, iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Bütün yaralılar xəstəxanalara yerləşdiriliblər”.

 

Qeyd olunub ki, sərnişin daşıyan avtobus Nepalın populyar turizm bölgəsi Kalinçokdan paytaxt Katmanduya gedirmiş. Avtobusda 32 nəfər olub.

 

Hazırda polis qəzanın başvermə səbəblərini araşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş