Azərbaycan neftinin qiyməti 116 dolları ötüb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 3,35% artaraq 1 barelə görə 109,26 ABŞ dolları təşkil edib. AYNA.AZ xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 4,2% artaraq 105,42 ABŞ dollarına bərabər olub.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,93 ABŞ dolları və ya 2,58 % artaraq 116,41 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.